Rza Pəhləvi Trampdan və Netanyahudan elə bir xahiş etdi ki...
Sonuncu İran şahının mühacirətdə yaşayan oğlu Rza Pəhləvi ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahuya müraciət ünvanlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Pəhləvi X-dəki paylaşımında İrandakı mülki infrastrukturların vurulmasına qarşı çıxıb.
"İranın mülki infrastrukturu İran xalqına məxsusdur. Prezident Trampdan və Baş nazir Netanyahudan rejimi və onun repressiv aparatını hədəf almağa davam etmələrini, eyni zamanda iranlıların ölkəmizi yenidən qurmaq üçün ehtiyac duyacağı mülki infrastrukturu qorumalarını xahiş edirəm”, - o əlavə edib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Tehrandan Hörmüz boğazını 48 saat ərzində açmağı tələb edib. Əks halda İranın elektrik stansiyalarını məhv edəcəyi ilə hədələyib.
Oğuz