Sabah axşamdan hava kəskin dəyişir: yağış, dolu, şimşək - Bu TARİXƏDƏK 

Oktyabrın 20-si axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 22-dək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Oct 19, 2025 - 15:51
Oct 19, 2025 - 18:24
Sabah axşamdan hava kəskin dəyişir: yağış, dolu, şimşək - Bu TARİXƏDƏK 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında deyilir.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.