Sabah bu şəhərdə qaz kəsiləcək – Xəbərdarlıq!

Naxçıvan şəhərinin əksər ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Jun 4, 2025 - 22:56
Sabah bu şəhərdə qaz kəsiləcək – Xəbərdarlıq!

SAVASHMEDİA.az xəbər verir ki, qaz quyularında mövcud olan kranların yenisi ilə dəyişdirilməsi ilə əlaqədar Naxçıvan şəhər Əziz Əliyev küçəsi, Cahan Gənclər şəhərciyi, Xətai məhəlləsi, 11, 20, 21-ci məhəllələr, Qoçüstü, Çənlibel məhəllələri, 57 Bazar, Sabir küçəsinin bir hissəsi, Nazim Hikmət küçəsi, Su 6 qəsəbəsi, 48, 49-cu məhəllələr və Cahan Gənclər şəhərciyində iyunun 5-də saat 14:00-dan saat 17:00-dək qaz təchizatı müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.