Səfir Xameneinin öldürüldüyü həmin gündən danışdı - "Müctəba yanında idi, amma..." 

İranın Cənubi Kiprdəki (Yunan Kipri) səfiri Əlirza Salarian Müctəba Xameneinin yaralandığını təsdiqləyib.

Mar 11, 2026 - 23:09
Mar 11, 2026 - 23:35
Səfir Xameneinin öldürüldüyü həmin gündən danışdı - "Müctəba yanında idi, amma..." 

SAVASHMEDİA.az xəbər verir ki, səfir bu barədə “The Guardian” qəzetinə verdiyi müsahibəsində danışıb.

56 yaşlı Xameneinin necə yaralandığı ilə bağlı təfərrüatları açıqlayan Əlirza Salarian bildirib ki, Müctəbanın evini dağıdan hücumdan sağ çıxması böyük şansdır:

“Həmin gün (28 fevral-red) Müctəba Xamenei də orada idi. Bombardmanda yaralanmışdı, amma mən xarici xəbərlərdə bu barədə məlumat görmədim. Ayaqlarından, qolundan və əlindən yaralandığını eşitmişəm. Məncə, o, xəstəxanadadır”.

Səfir bildirib ki, Müctəba Xamenei atasının yerinə seçiləndən bəri ictimaiyyət qarşısına çıxmayıb heç bir açıqlama verməyib: “Çünki onun danışa biləcək vəziyyətdə olduğunu düşünmürəm”.

Qeyd edək ki, ötən gün İran dövlət televiziyası və radiosunun keçmiş aparıcısı Ehsan Karami də Müctəba Xameneinin ağır yaralandığını, Tehrandakı Sina xəstəxanasının reanimasiya şöbəsində yatdığını iddia edib.

Xatırladaq ki, Müctəba Xamenei martın 8-də İranın Ali Rəhbəri seçilib. Martın 9-da onun Ali Rəhbər kimi xalqa müraciət etdiyi video yayılıb.

Martın 10-da isə Xameneinin İsrail və ABŞ-nin birgə hücumları nəticəsində yaralandığı ilə bağlı xəbərlər yayılıb. Bu xəbərlərin yayılmasına səbəb İran Dövlət Televiziyasının onu “canbaz” adlandırmasıdır. Bu termin İran İslam Respublikasında tez-tez ağır xəsarət alan və ya həyati təhlükə yaradan vəziyyətlərdən sağ çıxan müharibə veteranlarını təsvir etmək üçün istifadə olunur.

Banu