Tramp onu kabinetinə çağırıb təhqir etdi - Zelenskiyə görə

ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqu Prezident Volodimir Zelenskini “qətiyyətli və cəsur” adlandırdığına görə, “axmaq” adlandırıb.

Dec 31, 2025 - 18:31
Tramp onu kabinetinə çağırıb təhqir etdi - Zelenskiyə görə

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.

Tramp 2025-ci ilin fevralında Münxen Təhlükəsizlik Konfransından sonra Kelloqu kabinetinə çağırıb. ABŞ Prezidenti orada xüsusi elçisindən soruşub: “Deməli, siz Zelenskini qətiyyətli və cəsur adlandırırsınız?”.

Kelloq bunu təsdiqləyərək Zelenskini ABŞ-nin keçmiş prezidenti Avraam Linkolnla müqayisə edib.

Daha sonra bu dialoq barədə digər müşavirlərinə danışan Tramp Kelloq barədə “O, sadəcə axmaqdır” deyib.

Səlcuq