Putin azərbaycanlılarla bağlı o qanunu TƏSDİQLƏDİ – Bundan sonra...
Rusiya Prezidenti Vladimir Putin miqrasiya sahəsində dövlət rüsumlarının artırılmasını nəzərdə tutan qanunu imzalayıb. Sənəd bir ay sonra qüvvəyə minəcək.
SAVASHMEDİA.az xəbər verir ki, qanuna əsasən, Rusiya vətəndaşlığının alınması üçün dövlət rüsumu 4,2 min (təqribən 95 manat) rubldan 50 min (təqribən 1130 manat) rubla, müvəqqəti yaşamaq icazəsinin rəsmiləşdirilməsi üçün rüsum 1,92 min (təqribən 43 manat) rubldan 15 min (təqribən 340 manat) rubla, daimi yaşamaq icazəsinin (yaşayış icazəsi) verilməsi üçün rüsum isə 6 min (təqribən 135 manat) rubldan 30 min (təqribən 680 manat) rubla qaldırılıb.
Bundan əlavə, xarici işçi qüvvəsinin cəlb edilməsinə icazənin verilməsi üçün dövlət rüsumu hər bir işçi üzrə 15 min (təqribən 340 manat) rubl müəyyən edilib.
Bununla yanaşı, qanun bəzi dövlət rüsumlarının daha az həcmdə artırılmasını da nəzərdə tutur. Məsələn, əcnəbilərə vizanın verilməsi və ya onun qüvvədə olma müddətinin uzadılması üçün dövlət rüsumu 1,2 min (təqribən 26 manat) rubldan 2 min (təqribən 44 manat) rubla yüksəldilib.
Qeyd edək ki, Dövlət rüsumlarının artırılmasını nəzərdə tutan qanun layihəsi hökumət tərəfindən may ayında Dövlət Dumasına təqdim edilib.
Banu