Salah İranla oyunda zədələndi – Növbəti matçda...

Ulduz futbolçu Məhəmməd Salah Dünya Çempionatı çərçivəsində keçirilən Misir-İran matçında zədələnib.

Jun 27, 2026 - 17:08
Salah İranla oyunda zədələndi – Növbəti matçda...

SAVASHMEDİA.az xəbər verir ki, Misir yığmasının kapitanı matçın 57-ci dəqiqəsində əvəzlənməsini istəyib. Buna səbəb 34 yaşlı hücumçunun bud əzələsində problem yaranması olub. 

Salahın zədələndiyini millinin baş məşqçisi Husam Həsən də təsdiqləyib.

Misir Futbol Assosiasiyası isə yaydığı məlumatda təcrübəli forvardın tibbi müayinəyə göndərildiyini bildirib. Salahın növbəti matçda iştirak edib-etməyəcəyi ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, Misir yığması G qrupunda mübarizə aparırdı. 5 xal toplayan Misir millisi qrupda ikinci yeri tutaraq tarixində ilk dəfə pley-offa çıxıb.

Banu