Azərbaycanlı Leylanın Türkiyədə iki kişi ilə MACƏRASI - 1,5 milyonu... + VİDEO
“Azərbaycanlı qadın 800 min lirəmi oğurlayıb”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Türkiyə vətəndaşı, fiziki məhdudiyyətli Ramazan Yıldız iddia edib.
R.Yıldız tanınmış teleaparıcı Müge Anlının “Tatlı Sert” proqramında bildirib ki, Leyla Abdullayeva evlənmək vədi ilə onun 800 min lirə dəyərində qızıllarını (29 200 manat) götürərək aradan çıxıb. O həmçinin qeyd edib ki, Leyla Abdullayeva qızıllarla birgə qayıtsa, barışmağa razıdır.
Proqramda qadının 2 il əvvəl (2024-cü ildə) Türkiyənin Sakarya şəhərində başqa bir kişini də evlilik vədi ilə aldadaraq 700 min lirə (25 526 manat) ələ keçiridiyi ortaya çıxıb. L.Abdullayeva həmin kişiyə özünü Nailə olaraq tanıdıb.
Ramazan Yıldızın bu çıxışından sonra polis hərəkətə keçib. Abdullayeva Türkiyəni tərk etmək istədiyi anda Ərzurumda saxlanılıb.
İfadəsi alındıqdan sonra məhkəməyə çıxarılan L.Abdullayeva barəsində həbs qətimkan tədbiri seçilib və o, cəzaçəkmə müəssisəsinə göndərilib.
L.Abdullayeva ilə əlbir olduğu bildirilən və saxta evliliyə vasitəçilik etmiş Kadir Turan da Lapseki qəsəbəsində saxlanılaraq həbs edilib.
Banu
Посмотреть эту публикацию в Instagram