Tramp Zelenskini qorxuda bilmədi, sazişi imzalamayacaq - "Sky News" telekanalı
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ ilə nadir torpaq minerallarına dair sazişi imzalamaq niyyətində deyil.
SAVASHMEDİA.az xəbər verir ki, bunu "Sky News" Ukrayna mənbələrinə istinadən yazıb.
Telekanalın mənbəsi iddia edir ki, Ukrayna saziş layihəsində “bir sıra problemli məsələlər” görür.
Donald Tramp sazişin bağlanmağa yaxın olduğunu bildirsə də, danışıqlardan xəbəri olan mənbə bildirib ki, Ukrayna prezidenti onu imzalamağa hazır deyil.
“Saziş hələ imzalanmağa hazır deyil, bir sıra problemli məsələlər var və Zelenski saziş layihəsinin hazırkı formasını qəbul etməyib. Çünki bu layihə tərəfdaşlığı əks etdirmir və yalnız Ukraynanın birtərəfli öhdəliklərini ehtiva edir”, - telekanalın mənbəsi qeyd edib.
Dünən, fevralın 21-də ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz bildirib ki, Zelenski yaxın gələcəkdə ABŞ ilə qalıq yanacaqlar üzrə müqavilə imzalayacaq.
Oğuz