Türkiyə sahillərində iki gəmi yandı
Türkiyənin Qara dəniz sahillərində bir neçə saat ərzində ikinci tanker yanğını qeydə alınıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Rəsmi açıqlamaya görə, bu dəfə də Qambiya bayrağı altında üzən “Virat” adlı tanker sahildən bir qədər aralıda alovlanıb. Nazirlik yanğının səbəbini “xarici təsir” kimi qiymətləndirib. Hadisə yerinə dərhal xilasetmə gəmiləri göndərilib.
Xatırladaq ki, bu gün axşam saatlarında Türkiyə sahillərində daha bir tanker – “Kairos” yanmışdı. Həmin yanğının səbəbi də rəsmilər tərəfindən “xarici təsir” kimi açıqlanmışdı.
Hər iki hadisə arasındakı məsafənin təxminən 270 kilometr olduğu bildirilib.