Türkiyədə saxlanılan məşhurlarla bağlı qərar verildi - VİDEO

İstanbulda aparılan narkotik istintaqı çərçivəsində, aralarında tanınmış sənətçilərin də olduğu 19 məşhur şəxs saxlanılaraq ifadə verməyə aparılıb, daha sonra isə azadlığa buraxılıb. 

Oct 8, 2025 - 23:04
Türkiyədə saxlanılan məşhurlarla bağlı qərar verildi - VİDEO

Onlara qarşı "narkotik vasitələrdən istifadə" ittihamı ilə araşdırma aparılır.

SAVASHMEDİA.az xəbər verir ki, ilkin ifadələri alınan şəxslər daha sonra Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna göndərilib. 

Onlardan qan analizi, sidik və saç nümunələri götürülüb.

İfadə və tibbi analizlərdən sonra saxlanılan və aralarında Dilan Polat, İrem Derici, Hadisə, Demet Evgar kimi məşhur adların da olduğu 19 məşhurun hamısı azadlığa buraxılıb. 

Hazırda istintaq prosesi davam edir.