“Ukrayna 30 kilometrlik silahsızlaşdırılmış zona yaratmağa hazırdır”

ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Ukrayna və Rusiyanın nəzarətində olacaq demilitarizasiya zonası ideyasından danışıb. 

May 7, 2025 - 12:47
“Ukrayna 30 kilometrlik silahsızlaşdırılmış zona yaratmağa hazırdır”

SAVASHMEDİA.az xəbər verir ki, Kelloq bu ideyanı Fox News telekanalının efirində səsləndirib. 

Kelloqun sözlərinə görə, vəziyyətdən çıxış yolu yerlərdə atəşkəs ola bilər, yəni tərəflər hazırda tutduqları ərazilər üzərində nəzarəti saxlayırlar.

“Beləliklə, ukraynalılara demək lazımdır: Bu, zamanla dəyişə bilən situasiyalardan biridir. Əgər hazırkı mövqelərdə atəşkəsə razısınızsa, o zaman nəzarət etdiyiniz, uğrunda döyüşdüyünüz torpaq bu məqamda sizin torpağınızdır”, - deyə xüsusi elçi vurğulayıb.

Bu məqamda o, II Dünya müharibəsindən sonra Baltikyanı dövlətlərdən və Almaniyanın birləşməsindən nümunələr gətirərək qeyd edib ki, siyasi reallıqlar zamanla dəyişə bilər.

Kelloq onu da bildirib ki, guya Ukrayna müvəqqəti silahsızlaşdırılmış zonaya hazırdır: Ukrayna qoşunları Rusiya qoşunları kimi 15 km geri çəkilə bilər. Bu, isə “qətiyyətlilərin koalisiyası” hərbçilərinin nəzarət edəcəyi döyüş əməliyyatları olmayan 30 kilometrlik zona yaradacaq.

“Və onlar müəyyən müddətə demilitarizasiya zonası yaratmağa hazırdırlar. Faktiki olaraq onlar dedilər: biz 15 km, siz rusiyalılar da 15 km geri çəkilirsiniz. Yəni dəqiq nəzarət ediləcək 30 km-lik zona yaradılır. Pozuntunun olub-olmadığını müşahidə etmək mümkün olacaq.

Əgər biz bu atəşkəs rejimini 30 gün saxlaya bilsək – mən buna həqiqətən inanıram – o zaman onu uzatmaq olar. Bir hərbçi kimi isə deyəcəyəm: döyüş əməliyyatları bitdikdən sonra yenidən münaqişəyə başlamaq çox çətindir. Və mən düşünmürəm ki, onlar yenidən döyüşəcəklər”, - deyə Kelloq əlavə edib.

Xatirə SADİQ