"Ukrayna ya o müqaviləni imzalayacaq, ya da onlarla problemimiz olacaq" - Tramp hədələdi
Avropa Ukraynaya kredit şəklində kömək edib, onların yardımı təmənnasız olmayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
“Biz onlardan üç dəfə çox pul xərcləmişik. Biz Ukraynaya 300 milyard sərmayə qoymuşuq, onlar isə 100 milyard. Bilirsiniz, Avropa da bunu kredit şəklində edir. Bayden isə pulu elə-belə verirdi. Ona görə də ya Ukrayna bizimlə müqaviləni imzalayacaq, ya da onlarla çox böyük problemimiz olacaq. Xəzinəmizi çox uzaqda olan hansısa ölkəyə xərcləməli deyilik". - ABŞ prezidenti əlavə edib.
Ukrayna mediası isə ABŞ-nin Ukraynanın mineral ehtiyatlar fonduna 50% yox, 100% nəzarət tələb etdiyini yazır.
Xəbər verildiyimiz kimi, Vaşinqton bu axşam Kiyevə sazişin əvvəlki variantından xeyli sərt olan yenilənmiş variantını təhvil verib. Müqavilənin təkcə mineral sərvətləri deyil, həm də bir çox digər sahələri əhatə etdiyi bildirilir.
Sənəddə fondun 100% mülkiyyətinin ABŞ-yə verilməsi təklif edilir.
Səlcuq