"Vaşinqton Kiyevi təslim edər, Avropa imkan vermir" - Lavrov
Vaşinqtonun Kiyev üzərində təsir imkanları olsa da, Avropanın mövqeyi bu təsirin reallaşmasına imkan vermir.
SAVASHMEDİA.az xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Dmitri Peskov səsləndirib.
O bildirib ki, ABŞ istəsə, Kiyevin siyasətinə təsir edə bilər və bu, beynəlxalq dairələrə də məlumdur. Lakin onun sözlərinə görə, hazırkı mərhələdə Avropa ayrıca güc mərkəzi kimi çıxış edərək proseslərə yön verməyə çalışır.
Peskov vurğulayıb ki, Avropa ölkələri artan anti-Rusiya mövqeyindən istifadə edərək həm siyasi, həm də hərbi baxımdan daha aktiv davranmağa başlayıb.
Kreml nümayəndəsinin bu sözləri siyasi dairələrdə "Vaşinqton Kiyevi təslim edər, Avropa imkan vermir" aspektindən dəyərləndirilib.
Oğuz