Vəfat edən Məryəm Ələkbərli bu tanınmışın qızıdır

Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin keçmiş müdiri Fatma Abdullazadəyə ağır itki üz verib.

Feb 16, 2025 - 01:04
Vəfat edən Məryəm Ələkbərli bu tanınmışın qızıdır

SAVASHMEDİA.az xəbər verir ki, onun qızı Məryəm Ələkbərli 33 yaşında vəfat edib.

Onun ölüm səbəbi hələlik məlum deyil. Yaxınlarının sözlərinə görə, gənc rəssam qəfil dünyasını dəyişib.

M.Ələkbərli Azərbaycanda və xaricdə gənc rəssam kimi məşhurlaşmışdı. Onun əsərləri BƏƏ, Yaponiya, ABŞ, Fransa da daxil olmaqla 43 ölkədə nümayiş etdirilib.

2014-cü il oktyabrın 30-da Latviyanın paytaxtındakı “Riqa birjası” Rəssamlıq Muzeyində təşkil olunan sərgidə bir çox tanınmışlarla yanaşı F.Abdullazadənin özü də iştirak edib.

Xatırldaq ki, Fatma Abdullazadə 1993–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb.

Fotoda Məryəm Ələkbərli

Fotoda Fatma Abdullazadə