Xırdalanda restoran yanır - FOTO + VİDEO
Bu gün gecə saatlarında "AAF Park" yaşayış massivinin ərazisindəki restoranda yanğın baş verib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumatlarda yanğının hələ söndürülmədiyi bildirilir.
Məlumatı Fövqəladə Hallar Nazirliyindən təsdiqləyiblər. Məlumatda deyilir: "Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub".
FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.