Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verdi - Qalmaqalın SƏBƏBİ

Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe azərbaycanlı ifaçı Vəfa Şərifovanı məhkəməyə verəcək.

Jan 30, 2026 - 18:31
Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verdi - Qalmaqalın SƏBƏBİ

Türkiyəli sənətçinin vəkili Handan Bakbakın bununla bağlı açıqlaması Yıldız Tilbenin sosial media hesabında payalışılıb.

Bildirilib ki, bu açıqlama Yıldız Tilbeyə qarşı mətbuatda yer alan yalan, əsassız, ədalətsiz və olduqca yersiz ittihamlar və iddialar, eləcə də özünü reklam etmək və populyarlığını artırmaq məqsədi ilə yaradılan sosial media paylaşımı səbəbindən zəruridir:

“Azərbaycanlı müğənni Vəfa Şərifova həm öz ölkəsindəki televiziya proqramında, həm də sosial media hesablarında Yıldız Tilbeyə onunla duet oxumaq üçün 100.000 dollar ödədiyini, lakin Yıldız Tilbenin ödənişdən imtina edərək onu çətin vəziyyətdə qoyduğunu bildirib. Yıldız Tilbenin bu şəxslə heç bir ünsiyyəti, paylaşımı, əməkdaşlığı və ya görüşü olmayıb.

Bu vəziyyət tamamilə uydurmadır, şəxsin nüfuzuna və şərəfinə qəsdən xələl gətirir və ən əsası, çoxşaxəli cinayətdir. Müvafiq hüquqi tədbirlər görüləcək”. (teleqraf)