Məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi - FOTO
Məşhur müğənni, Türk pop musiqisinin əfsanəsi Nazan Öncəl təcili xəstəxanaya yerləşdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə sevilən ifaçı xəstəxana otağından özü məlumat verib.
Öncəl xəstə yatağından şəkil paylaşaraq “Heç kimi üzmək və qorxutmaq üçün demirəm, amma əməkdar qəlbim, deyəsən, mənlə “zarafat etdi” yazıb.
Müğənni pişiyinə söz verdiyini, onun üçün evinə salamat qayıdacağını bildirib:
“Ötən gün təcili tibbi yardım maşınına qədər pişiyim Türkan məni müşayiət etdi. Qayıdacağıma dair ona söz verdim, bu səhər evə qayıdanda saat 6 da məni qapıda qarşıladı. Budur, yenə xəstəxanadayam. Sabah axşamki konsert üçün sizə bir üzr borcum var. Bağışlayın”.
Banu
Nazan Öncəl