Zelenski ABŞ-yə çatan kimi bu mesajı yazdı
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün artıq Vaşinqtona gəldiyini açıqlayıb.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə Zelenski öz telegram kanalında məlumat yayıb.
Zelenski dəvətə görə amerikalı həmkarına təşəkkür edib və Ukraynanın ötən illərdə yol verdiyi səhvləri – “Krımı və Donbasın bir hissəsindən imtina etməyə məcbur edildiyi”, eləcə də 1994-cü ildəki “təhlükəsizlik təminatlarının” işləmədiyini xatırladıb.
“Biz hamımız eyni dərəcədə bu müharibəni tez və etibarlı şəkildə bitirmək istəyirik. Və sülh uzunmüddətli olmalıdır. Bu, əvvəlki illərdə olduğu kimi – Ukraynanın Krımı və bizim Şərqin bir hissəsini – Donbasın bir hissəsini verməyə məcbur edildiyi, Putinin isə bundan sadəcə olaraq yeni hücum üçün meydan kimi istifadə etdiyi kimi olmamalıdır. Və ya Ukraynaya guya “təhlükəsizlik təminatı” veriləndə, lakin 1994-cü ildə bu işə yaramadı”, - deyə Zelenski vurğulıayıb
Zelenski qeyd edib ki, o zaman Krımı vermək lazım deyildi, çünki ukraynalılar 2022-ci ildən sonra Kiyevi, Odessanı və Xarkovu vermədilər.
“Rusiya özünün başlatdığı bu müharibəni bitirməlidir”, - deyə Zelenski əlavə edib.
Xatirə SADİQ