Zelenski Ermənistanda səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək məqsədilə Ermənistanın paytaxtı İrəvana səfər edib.

May 3, 2026 - 19:18
Zelenski Ermənistanda səfərdədir

SAVASHMEDİA.az xəbər verir ki, yüksək səviyyəli tədbir çərçivəsində keçiriləcək görüşlərdə regional təhlükəsizlik, Avropada davam edən siyasi proseslər və əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.

Zelenskini İrəvan hava limanında Ermənistan parlamentinin spikeri Alen Simonyan qarşılayıb.

Səfər çərçivəsində Ukrayna liderinin bir sıra rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

Oğuz