1 həftəyə 5 kilo arıqlayacaqsınız – Möcüzəvi RESEPT

Arıqlamaq üçün pəhriz saxlamaq və idmanla məşğul olmaq əsas şərtlərdən biridir.

Mar 13, 2025 - 23:53
Mar 13, 2025 - 23:55
1 həftəyə 5 kilo arıqlayacaqsınız – Möcüzəvi RESEPT

Lakin pəhriz saxlasanız da, istədiyiniz nəticəni ala bilmir, idmanla məşğul olmağa vaxt tapmırsınızsa, bitkilərin möcüzəvi təsirini sınaya bilərsiniz. Çoxumuz bilməsək də, bitkilər bizə arıqlamağa, istədiyimiz çəkiyə düşməyimizə kömək edə bilər.

SAVASHMEDİA.az 1 həftədə 5 kilo arıqladan bitkilərdən hazırlanan çayları təqdim edir:

Zəncəfil

Zəncəfil həzmə kömək edir.Mədə fermentlərini stimullaşdırır, mədənin boşalmasını sürətləndirir və aclıq hissini azaldır.

Zəncəfil çayı

Kök zəncəfili sürtgəcdən keçirib suda qaynadın. Qaynadıqdan sonra içinə limon ya da bal əlavə edin. İsti və ya soyuq halda içə bilərsiniz. Zəncəfil çayı həzmi dəstəkləyir, immunitet sistemini gücləndirir və orqanizmə enerji verir.

Sarıkök

Tərkibində güclü antiinflamatuar və antioksidant olan sarıkök iltihabla, xüsusilə qarın ətrafında piylənməyə səbəb olan iltihabla mübarizə aparır.

Sarıkök çayı

Bir stəkan qaynar suya bir çay qaşığı sarıkök töküb qarışdırın. Daha sonra yarım limonu içinə sıxın. Gündə bir dəfə içə bilərsiniz.

Darçın

Bu aromatik ədviyyat qan şəkərini tənzimləyir, insulinə həssaslığı artırır, həzmi dəstəkləyir və qarın nahiyəsində yığılmış piy qatını əridir.

Darçın çayı

Bir stəkan qaynar suya bir çay qaşığı üyüdülmüş darçın töküb qarışdırın. İstəyə görə bal və ya limon suyu əlavə edə bilərsiniz. Dəm alandan sonra için.

Banu