131 gündən sonra dəfn - Xamenei bu tarixdə basdırılacaq
İranın keçmiş Ali lideri Əli Xameneinin dəfn mərasimi iyulun 9-da keçiriləcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata əsasən, vida mərasimi iyulun 4-də Tehranda başlayacaq və bir neçə gün davam etdikdən sonra Məşhəd şəhərində yekunlaşacaq.
Dəfn mərasiminin isə məhz iyulun 9-da baş tutacağı bildirilir.
Diqqət çəkən məqamlardan biri isə Xameneinin ölüm tarixi ilə dəfn günü arasında uzun müddətin olmasıdır. Xatırladaq ki, Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin hava hücumları nəticəsində həlak olub. Bu halda onun dəfni ölümündən təxminən 131 gün sonra həyata keçiriləcək.
Məlumatda qeyd olunur ki, dəfn mərasimi təhlükəsizlik riskləri və logistika problemləri səbəbindən bir neçə dəfə təxirə salınıb.
Oğuz