Almaniyanı "Fil dişi"ndən xilas edən yezidi kürd - Deniz Undav Türkiyədə niyə sevilmir?

Dünya çempionatının qrup mərhələsinin ikinci turunda Fildişi Sahili ilə qarşlaşan Almaniya millisi çətin sınaqla üzləşib.

Jun 21, 2026 - 02:02
Jun 21, 2026 - 02:30
Almaniyanı "Fil dişi"ndən xilas edən yezidi kürd - Deniz Undav Türkiyədə niyə sevilmir?

Xatırladaq ki, matçın 30-cu dəqiqəsində Frank Kessyenin qolu ilə önə keçən Fildişi Sahili millisi üstünlüyünü 68-ci dəqiqəyə qədər qoruya bilib. Almaniya millisinin Türkiyə əsilli əsilli hücumçusu Deniz Undav əvvəlcə hesabı bərabərləşdirib, matçın artırılma dəqiqələrində isə dubl edərək komandasının qələbəsini təmin edib. 

SAVASHMEDİA.az Almaniya millisinin xilaskarı olan Türkiyə kürdünün dosyesini təqdim edir. Beləliklə...   

Deniz Undav 19 iyul 1996-cı ildə Almaniyanın Varel şəhərində doğulub. Hazırda "VfB Stuttgart" klubunda çıxış edir.  2024-cü ildən Almaniya milli komandasının heyətində yer alır.

Milliyyətcə yezidi kürd olan Deniz Undavın ailəsi Türkiyənin Şanlıurfa bölgəsindən köç edib.

Deniz Undavın Türkiyə millisindən imtinası futbol karyerasında ən çox müzakirə olunan qərarlardan biridir.

Undav Almaniyada doğulub böyüdüyü üçün həm Almaniya, həm də Türkiyə milli komandasında oynamaq hüququna malik idi. Uzun müddət onun hansı ölkəni seçəcəyi sual altında idi. 2023–2024-cü illərdə Türkiyə Futbol Federasiyasının da onu izlədiyi və milliyə cəlb etməyə çalışdığı bildirilirdi.

Lakin Undav açıq şəkildə Almaniyanı seçdiyini bildirməsilə mövzuya nöqtə qoymuşdu. Onun “Özümdə Türkiyəyə qarşı güclü bağ hiss etmirəm” sözləri isə vətənində etirazlarla qarşılanmışdı. 

Səlcuq