Avropa Parlamenti İlon Maskı yox, Qubad İbadoğlunu seçdi - DETALLAR
Dünyanın ən varlı biznesmeni, “X” sosial şəbəkəsinin sahibi İlon Maskın adı Avropa Parlamentindən (AP) Saxarov mükafatına namizədlərin qısa siyahısına daxil edilməyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə AP mətbuat xidməti məlimat yayıb.
Məlumatda deyilir ki, 2024-cü ildə azad fikir üzrə Saxarov mükafatının üç finalçısı gizli səsvermə nəticəsində seçilib.
Mükafata iddialılar arasında tanınmış iqtisadçı Qubad İbadoğlu (Azərbaycan), müxalif siyasətçisi Mariya Korina Maçado və prezidentliyə keçmiş namizəd Edmundo Qonzales (Venesuela), İsrail və Fələstinin “Women Wage Peace” və “Women of the Sun” təşkilatları var.
Qeyd edək ki, İlon Maskın adı nominantlar arasında olsa da, gizli səs verənlər onu mükafata iddialı olmağa layiq görməyiblər.
Xatırladaq ki, bu yaxınlarda Avropa Komissyasının vitse-prezidenti Vera Yurova “Politico”ya müsahibəsində Maskı “Şərin himayədarı” adlandırmışdı. Onun sözlərinə görə, Mask digər texnoloji şirkət rəhbərlərindən fərqli olaraq Xeyirlə Şəri ayıra bilmir. Rəsmi rəqəmsal platformalar yanlış əllərə düşəndə isə dəhşət doğurur.
Bundan öncə isə amerikalı jurnalistlərdən biri bildirmişdi ki, İlon Mask vaxtaşırı “iblis rejiminə” keçir.
Xatirə SADİQ