Azərbaycan bu ölkə ilə quru sərhədlərini açır - RƏSMİ TƏSDİQ

Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmiryol daşımaları 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.

May 18, 2026 - 20:56
Azərbaycan bu ölkə ilə quru sərhədlərini açır - RƏSMİ TƏSDİQ

SAVASHMEDİA.az xəbər verir ki,  bu barədə Gürcüstan Hökumət Administrasiyasından məlumat verilib.

Məlumata görə, qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda keçirdiyi yüksəksəviyyəli görüşdən sonra elan edilib. 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti də (ADY) Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı xəbərləri təkzib etməyib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu istiqamətdə danışıqlar aparılır.

Oğuz