Azərbaycanda timsah peyda oldu - Hamı bu VİDEODAN DANIŞIR

Yuxarı Şirvan kollektorunda timsahların peyda olması ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

May 30, 2026 - 11:56
Azərbaycanda timsah peyda oldu - Hamı bu VİDEODAN DANIŞIR

SAVASHMEDİA.az xəbər verir ki, yayılan videoda su hövzəsində timsaha bənzər heyvanın üzdüyü görünür. 

Kadrlardan sonra sosial şəbəkə istifadəçiləri arasında müxtəlif müzakirələr başlayıb.

Bəziləri görüntülərdəki heyvanların həqiqətən timsah olduğunu iddia etsə də, digərləri bunun başqa növ sürünən və ya montaj edilmiş görüntü ola biləcəyini istisna etməyib.

Hələlik məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hər hansı açıqlama verilməyib. 

Videonun harada və nə vaxt çəkildiyi, eləcə də görüntülərdə əks olunan heyvanların həqiqətən timsah olub-olmadığı dəqiqləşdirilir.

Oğuz

Həmin görüntüləri təqdim edirik: