Bakı marketlərinin qəniminə çevrilən maskalılar yaxalandı - 50 min oğurlayıblar + ANBAAN VİDEO
Bakı şəhərinin Xətai və digər rayonlarında yerləşən marketlərdən silsilə oğurluq edilib.
Bu barədə SAVASHMEDİA.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxslər müxtəlif vaxtlarda özlərini gizlətmək məqsədilə xüsusi maskalarla kamuflyaj olunaraq 10-dan artıq marketi talayıblar.
Fotoda 25 yaşlı Ərəstun Məmmədov və həmyaşıdı Rəhman Məhərrəmov
Həmin marketlərdən 6 min manat dəyərində tütün məmulatı, ödəmə terminalları və kassalardan ümumilikdə 44 min 500 manata yaxın nağd pul vəsaitini ələ keçiriblər.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində talama cinayətlərini törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuşlar - 25 yaşlı Ərəstun Məmmədov və həmyaşıdı Rəhman Məhərrəmov saxlanılıblar.
Onların törətdikləri cinayət əməlləri təhülkəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.