“Bandotdel”dən əməliyyat, sayt rəhbərləri həbs edildi

“Bandotdel” vətəndaşları şantaj edən sayt rəhbərlərini həbs edib.

Apr 8, 2025 - 12:15
“Bandotdel”dən əməliyyat, sayt rəhbərləri həbs edildi

SAVASHMEDİA.az xəbər verir ki, sosial şəbəkələrdə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist adı altında pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər. 

Sumqayıt, Şirvan, Astara və Göyçay sakini olan bir neçə şəxsin müraciəti əsasında əvvəllər də dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə məhkum olunmuş “İynə” satirik jurnalının baş redaktoru 62 yaşlı Baloğlan Mirzəliyev və redaktoru 55 yaşlı Elxan Heydərov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.