Berdiyev Rəşad Sadıqovun cavabını belə verdi
Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Turan Tovuz" "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb:
"Uşaqlara əzmkarlıqlarına görə təşəkkürümü bildirdim. Allaha da təşəkkür edirəm ki, futbolçulara kömək oldu və azarkeşlərə qələbə sevinci bəxş etdik".
Berdiyev hakimlərin sərt oyuna imkan verməsi ilə bağlı suala da cavab verib.
- Sizin futbol fəlsəfənizə görə hakim sərt oyuna imkan verməlidir?
- Əgər hər iki tərəfə eyni dərəcədə yanaşılırsa, onda normaldır.
- Rəşad Sadıqov bildirdi ki, aut atışı zamanı bizə qarşı ədalətsizlik oldu. Bununla bağlı fikriniz necədir?
- "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi? Ruan Renato Jo Batistanı itələyəndə ikinci sarı vərəqə düşmürdü? Gəlin, oyun haqda danışaq.