"Mən Qurbanov kimi edə bilmədim" - "Liverpul"un baş məşqçisi

“Çempionlar Liqasında ilk pilləni tutub-tutmayacağımız önəmli deyil, əsas ilk 8-də yer almaqdır”.

Jan 27, 2026 - 20:30
"Mən Qurbanov kimi edə bilmədim" - "Liverpul"un baş məşqçisi

SAVASHMEDİA.az xəbər verir ki, bunu İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Arne Slot evdə “Qarabağ”la keçirəcəkləri UEFA Çempionlar Liqası oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

“Bu oyunda bir neçə itkimiz olacaq - Co Qomeslə İbrahima Konate sabah bizimlə olmayacaqlar. Onların bərpa müddəti uzun çəkməyəcək, amma “Qarabağ”la matçı buraxacaqları dəqiqdir. “Qarabağ”ın baş məşqçisi bizimlə oyundan öncə əsas heyətin 11 oyunçusuna istirahət verdi, amma mən bunu edə bilmədim”. Onlar bu mövsüm çox yaxşı komanda olduqlarını göstəriblər. “Çelsi” ilə 2:2 hesabı ilə heç-heçə etdikləri oyunu da qeyd edərdim”, - deyə Slot bildirib.

Qeyd edək ki, “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.