Bu tarixdə maqnit qasırğası olacaq – XƏBƏRDARLIQ!

İyulun 22-dən etibarən zəif və orta güclü maqnit qasırğaları gözlənilir.

Jul 20, 2026 - 22:15
Bu tarixdə maqnit qasırğası olacaq – XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Məlumata görə, bu yay qeydə alınan aşağı geomaqnit aktivliyi fonunda Yerə növbəti Günəş tac dəliyindən (koronal dəlik) çıxan sürətli Günəş küləyi yaxınlaşır. Həmin axının iyulun 22-də planetimizə çatacağı proqnozlaşdırılır.

Bildirilib ki, geomaqnit aktivliyinin artımı iyulun 21-dən 22-nə keçən gecə başlayacaq və azı bir sutka davam edəcək. Proqnoza əsasən, bu müddətdə G1-G2 (zəif və orta güclü) səviyyəli maqnit qasırğaları baş verə bilər.

Banu