Cadu olunduğunu necə anlamaq olar? - Bu əlamətlər varsa...
Cadu və sehr mövzusu əsrlərdir insanların maraq göstərdiyi məsələlərdən biridir.
SAVASHMEDİA.az xatırladır ki, bununla bağlı müxtəlif dini və xalq inancları mövcuddur.
Lakin mütəxəssislər vurğulayırlar ki, insan özünü pis hiss etdikdə və ya həyatında müəyyən problemlər yarandıqda, ilk növbədə tibbi və psixoloji səbəblər araşdırılmalıdır.
Dini mənbələrdə cadunun müxtəlif növlərindən və onların bəzi əlamətlərindən bəhs edilir. Məsələn, yaxın insanlar arasında qəfil münaqişələrin yaranması, səbəbsiz şübhələrin artması, ailədaxili münasibətlərin gözlənilmədən pisləşməsi bəzi inanclara görə ara vurma cadusunun əlamətləri hesab olunur.
Məhəbbət sehri ilə bağlı inanclarda isə bir insana qarşı həddindən artıq bağlılıq, onsuz qala bilməmək, ona qarşı qeyri-adi dərəcədə itaətkar olmaq kimi hallar müşahidə edilir.
Bəzi dini mənbələrdə daimi yorğunluq, özünə qapanma, tək qalmağa meyl, tez-tez baş ağrılarının olması, qorxulu yuxular görmək, yuxuda kiminsə çağırdığını eşitmək və ya yaxın insanlardan şübhələnmək də sehrlə əlaqələndirilən əlamətlər sırasında göstərilir.
Həmçinin səbəbi müəyyən olunmayan halsızlıq, diqqətsizlik, unutqanlıq, güclü narahatlıq hissi və bəzi fiziki ağrıların da bu mövzu ilə əlaqələndirildiyi bildirilir. Evliliyə mane olmaq məqsədilə edildiyi iddia olunan cadularda isə baş ağrıları, narahat yuxular və qarşı tərəfi xoşagəlməz görmək kimi əlamətlərdən bəhs olunur.
Ancaq unutmaq olmaz ki, sadalanan əlamətlərin əksəriyyəti stress, depressiya, təşviş pozuntuları və digər sağlamlıq problemləri zamanı da müşahidə edilə bilər. Buna görə hər hansı şübhə yarandıqda ilk növbədə həkim müayinəsindən keçmək və peşəkar tibbi yardım almaq vacib sayılır.
Aytən