“İranla saziş uğursuz olsa, cəhənnəm olub gedəcək” – Tramp Vensi hədəf aldı

“İranla bağlı mümkün saziş uğursuzluğa düçar olsa, məsuliyyəti vitse-prezident Ceyms Devid Vensin üzərinə atacağam”.

Jun 18, 2026 - 00:46
“İranla saziş uğursuz olsa, cəhənnəm olub gedəcək” – Tramp Vensi hədəf aldı

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən G7 sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

Tramp jurnalistlərin İranla imzalanacaq mümkün sazişlə bağlı sualı cavablandırarkən vitse-prezident Ceyms Devid Vensi ehtiyatlı olmağa çağırıb.

ABŞ lideri qeyd edib ki, Vens İranla saziş imzalasa və proses uğurla nəticələnsə, bu uğuru öz adına çıxacaq, əks halda isə məsuliyyəti vitse-prezident daşıyacaq:

“Ehtiyatlı ol, Cey Di. O (İran təmsilçisi –red), təyyarəsini geri döndərib buradan cəhənnəm olub gedəcək, əlimdə sən qalacaqsan. Bəli, bu fikir xoşuma gəlir. Düşünürəm ki, yaxşı ideyadır”.

Banu