"Çatlayın, partlayın, ölün, istədiyiniz olmadı" - Səidə Rəqsanə ilə BARIŞDI + VİDEO 

Müğənni Rəqsanə İsmayılova ilə teleaparıcı Səidə Bəkirqızı qalmaqalı yekunlaşıb.

Feb 3, 2026 - 14:00
Feb 3, 2026 - 14:43
"Çatlayın, partlayın, ölün, istədiyiniz olmadı" - Səidə Rəqsanə ilə BARIŞDI + VİDEO 

SAVASHMEDİA.az xəbər verir ki, Rəqsanənin üzrxahlığına Səidə Bəkirqızı barışıq mesajları ilə cavab verib.

"Mənə elə gəlir ki, Rəqsanə xanım çıxışıma tam baxmayıb. Mən deməmişəm ki, Rəqsanə kimi xanımı evində arvad edən kişi deyil və sairə. Demişəm ki, Rəqsanə kimi xanımları, sənət adamlarını evinin xanımı etmək hər kişinin işi deyil. Eyni zamanda bizim kimi tanınan aparıcıları da evinin xanımı etmək hər kişinin işi deyil. Çünki biz evdə oturan xanımlar deyilik, ictimaiyyətə açıq insanlarıq.

O cür cəsarətli fotosessiyanın arxasında Fazil müəllim dayandığı üçün Rəqsanə bunu bacardı. Mən Fazil müəllimi aşağılamamışam. Elə bir tərbiyə almamışam ki, kiminsə ərini ələ salım. Çox istərdim ki, Rəqsanə xanım 5 dayaz düşüncəli işçidənsə, bir ağıllısını yanında saxlasın. Mənim çıxışımda təhqir yox idi, amma verilişdə Aynur Dadaşova sizi provakasiyaya çəkdi. Onlar sizi istəyən  olsaydılar, deyərdilər ki, Səidə xanımın çıxışını incələyək və sairə. Onda məsələ bu həddə çatmayacaqdı. Özümdən o qədər utanıram ki, saytı açırsan Səidə, sosial mediada Səidə.

Evdə "TikTok"u silmişik. Baxmayaraq ki, bizim məsələmiz bu qədər ciddiləşib, hörmət olaraq deyirəm ki, yanınızdakı şəxslər sizi zərrə qədər sevmir. Mənim efirim hər kəsə açıqdır. Bizim heç kimlə düşmənliyimiz yoxdur".

Rəqsanə İsmayılovanın  Səidə ilə barışıq əldə edilməsinə reaksiyası isə birmənalı qarşılanmayıb.
Belə ki, Rəqsanə efirdən  sanki onları kiminsə qəsdən dalaşdırdığı fikrini ötürüb:

"Çatlayın, partlayın, ölün, istədiyiniz olmadı. Bizi dalaşdırmaq istədilər, alınmadı. Səidə, bacı, sənə bir qazan dovğa bişirib gətirəcəyəm".

Aytən