Ceyhun Bayramov ABŞ-yə getdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

Sep 20, 2026 - 11:53
Ceyhun Bayramov ABŞ-yə getdi

Bu barədə SAVASHMEDİA.az-a Xarici İşlər Nazirliyindən xəbər verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 81-ci sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.