Müşfiq Abbasovdan yeni hüquqi platforma: HuquqAİ.com - “Azərbaycanda bir ilkə imza atılıb”
Tanınmış hüquqşünas Müşfiq Abbasov Azərbaycanda istifadəyə verilən yeni hüquqi platforma barədə məlumat verib.
SAVASHMEDİA.az xəbər verir ki, hüquqşünas bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, HuquqAİ.com platforması vətəndaşlara müxtəlif hüquqi məsələlərlə bağlı rəqəmsal imkanlar təqdim edir.
Platformada sənədlərin hüquqi təhlili, ərizə və şikayətlərin hazırlanması, hüquqi sualların cavablandırılması, eləcə də vəkil seçimi kimi xidmətlərdən istifadə etmək mümkündür. Platformanın rəsmi saytında həmçinin müqavilə, iddia ərizəsi, vəsatət və etiraz sənədlərinin hazırlanması üçün alətlərin təqdim edildiyi bildirilir.
Müşfiq Abbasov platformanın hər kəs üçün əlçatan olduğunu vurğulayıb və izləyicilərini HuquqAİ.com-a abunə olmağa çağırıb.
Qeyd edək ki, HuquqAİ özünü müstəqil süni intellekt əsaslı hüquqi məlumat və analiz aləti kimi təqdim edir. Saytda platformanın vəkil, hüquq firması, məhkəmə və ya dövlət orqanı olmadığı, təqdim edilən məlumatların hüquqi məsləhət və ya məhkəmə nəticəsinə zəmanət vermədiyi də xüsusi vurğulanır.
Oğuz