DÇ-2026-da "yapon tapmacası", o sirli lövhələr nədir? - Baş məşqçi nə demək istəyirdi? + FOTOLAR
DÇ-2026-da Yaponiya millisinin Niderlanda qarşı keçirdiyi qarşılaşma təkcə nəticəsi ilə deyil, baş məşqçi Hacime Moriyasunun maraqlı addımı ilə də diqqət çəkib.
SAVASHMEDİA.az xəbər verir ki, matç zamanı Yaponiya millisinin baş məşqçisi Hacime Moriyasu futbolçularına göstəriş vermək üçün üzərində rəqəmlər olan xüsusi lövhədən istifadə edib.
Xarici media bu üsulun komanda daxilində əvvəlcədən razılaşdırılmış taktiki siqnalların çatdırılması üçün tətbiq edildiyini yazır.
Yaponlar oyunun sonlarında vurduqları qolla məğlubiyyətdən yayınaraq vacib xal qazanıblar. Moriyasunun qeyri-adi kommunikasiya üsulu isə azarkeşlər və ekspertlər arasında geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Yaponiya növbəti turda Tunis millisi ilə qarşılaşacaq.
Səlcuq