Dünyanın ən asan dili - Tolstoy onu cəmi 3 saata öyrənmişdi
Bu ildə təxminən 2 milyon insan danışır, konfranslar keçirilir, kitablar yazılır. Bu dil heç bir millətə məxsus deyil.
SAVASHMEDİA.az XIX əsrin sonunda dünya dili kimi nəzərdə tutularaq yaradılan esperanto dili haqqında araşdırmanı təqdim edir.
Esperanto dünyada ən məşhur süni dildir. Onu 1887-ci ildə polyak həkim Ludvik Lejzer Zamenhof beynəlxalq ünsiyyət dili kimi yaratmışdır. Zamenhofun məqsədi, fərqli dillərə sahib xalqlar arasında anlaşmanı asanlaşdırmaq və sülhü təşviq etmək idi.
Deyilənə görə, Lev Tolstoy bu dili cəmi üç saata öyrənib.
Bütün fellər eyni qayda ilə dəyişir, isimlərdə cins yoxdur, sözlər isə asanlıqla kombinə olunan köklərdən düzəlir.
Məsələn, san- ("sağlamlıq") kökü sana ("sağlam"), malsana ("xəstə"), sanejo ("xəstəxana") sözlərini yaradır. Əlifba fonetikdir: hər hərf hər sözdə eyni tələffüz olunur. İngilis və fransız dillərindəki kimi mürəkkəb səslər yoxdur, vurğu isə həmişə sondan əvvəlki hecaya düşür.
Esperanto dilinin əsas xüsusiyyətləri
1. Sadə qrammatika
Esperantonun qrammatikası çox sadə və qaydalıdır:
Heç bir istisna yoxdur.
Cəm "-j" şəkilçisi ilə, təsirlik hal isə "-n" şəkilçisi ilə yaradılır.
Cinsiyyət ayrımı yoxdur (məsələn, "patro" – ata, "patrino" – ana).
Fellər şəxsə görə dəyişmir (mən, sən, o – hamısı eyni fellə işlənir).
2. Fonetik yazı
Esperanto necə yazılırsa, elə də oxunur. Hər hərfin yalnız bir tələffüzü var. Bu, dilin öyrənilməsini çox asanlaşdırır.
3. Əlifba
Esperanto latın qrafikasına əsaslanır və 28 hərfdən ibarətdir:
A, B, C, Ĉ, D, E, F, G, Ĝ, H, Ĥ, I, J, Ĵ, K, L, M, N, O, P, R, S, Ŝ, T, U, Ŭ, V, Z
4. Söz yaradıcılığı
Esperanto kök sözlərdən və müxtəlif şəkilçilərdən istifadə edərək minlərlə yeni söz yaratmağa imkan verir. Məsələn:
“bona” (yaxşı) → “malbona” (pis), “bonega” (çox yaxşı), “bonulo” (yaxşı insan)
Esperanto harada istifadə olunur?
Beynəlxalq ünsiyyət vasitəsi kimi
Esperanto danışan insanlar “Esperantist” adlanır. Onlar dünyanın müxtəlif ölkələrindən olan insanlarla əlaqə qurmaq üçün bu dildən istifadə edirlər. Bir çox beynəlxalq tədbirlər, konqreslər və dostluq layihələri bu dildə keçirilir.
Onlayn icmalar və tətbiqlər
Duolingo, Lernu.net və digər platformalarda Esperanto öyrənmək mümkündür. Reddit, Telegram və Discord-da Esperanto icmaları çox aktivdir.
Səyyahlar üçün unikal fürsətlər
“Pasporta Servo” adlı platforma vasitəsilə Esperantistlər bir-birilərinə pulsuz qalacaq yer təklif edir. Bu, beynəlxalq dostluqları inkişaf etdirən gözəl təşəbbüsdür.
Oğuz