SEPAH komandirindən İmam Mehdinin zühuru ilə bağlı AÇIQLAMA
İranın SEPAH-ın keçmiş komandirlərindən olan Hüseyn Yekta İmam Mehdinin zühuru ilə bağlı açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, Hüseyn Yekta İranın cavab addımlarının gecikdirilməyəcəyini və qisasın təxirə salınmayacağını bəyan edib.
"Qisası və qan davasını İmam Mehdinin zühuruna qədər təxirə salmaq niyyətində deyilik", - o vurğulayıb.
Hüseyn Yekta çıxışında İranın ali dini lideri Əli Xameneiyə işarə edərək deyib ki düşmənlər İmam Zamanın naibinin təhlükəsizliyini hədəfə alırsa, bu, bir mesajdır. Onun sözlərinə görə, bu, İmam Mehdinin zühuru üçün təhlükəsiz şəraitin nə qədər vacib olduğunu göstərir.
Yektanın bu açıqlamaları İran rəsmilərinin son aylarda səsləndirdiyi sərt bəyanatların davamı kimi qiymətləndirilir. Xüsusilə İsrail və ABŞ ilə gərginliyin artdığı bir vaxtda Tehrandan qisas və cavab tədbirləri ilə bağlı oxşar mesajlar tez-tez səsləndirilir.
Qeyd edək ki, Hüseyn Yekta İranın mühafizəkar düşərgəsinin tanınmış simalarından biridir. O, uzun illər SEPAH və "Bəsic" strukturlarında fəaliyyət göstərib.
Aytən