Əli Abbasovun deputat mandatı ləğv edildi

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Abbasov Əli Feyzulla oğlu barəsində qanunverici orqana daxil olmuş vətəndaş müraciətləri əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.

Dec 11, 2025 - 19:36
Əli Abbasovun deputat mandatı ləğv edildi

SAVASHMEDİA.az xəbər verir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan MR-in Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Seçki Komissiyası bu gün Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul edib.