Elşad Xosenin harada olduğu BİLİNDİ - Maştağada deyil

Elşad Xosenin səhhəti ilə bağlı bir müddət əvvəl yayılan xəbərlərdən sonra onun müalicəsinin hazırda necə davam etdiyi məlum olub.

Aug 19, 2026 - 23:08
Aug 19, 2026 - 23:14
Elşad Xosenin harada olduğu BİLİNDİ - Maştağada deyil

SAVASHMEDIA.az-a daxil olan məlumata görə, reper bir neçə gün Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasında qaldıqdan sonra müalicəsini ev şəraitində davam etdirir.

Məlumata görə, hazırda Elşad Xosenin vəziyyəti yaxşıdır və müalicəsi uğurla davam edir. Onun yaxın günlərdə baş verənlərlə bağlı geniş açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl sənətçinin Maştağadakı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılmış, lakin xəstəxana bu xəbəri təkzib etmişdi.

Səlcuq