Əlverişsiz hava şəraitinə görə sabah dərs olmayacaq? – Rəsmən açıqlandı
Ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir.
SAVASHMEDİA.az bildirir ki, bu barədə milli.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.
Qeyd edək ki, sosial şəbəkələrdə hava şəraiti ilə əlaqədar dərslərin olmayacağı ilə bağlı xəbərlər yayılmışdı. MÜTDA isə bunu inkar edərək, əhalini belə dezinformasiyalara inanmamağa çağırıb.
Xatırladaq ki, bu gecədən başlayaq ölkədə leysan xarakterli yağışlar yağacaq.