Emin Ağalarov 20 it saxlayan qonşusunun torpağını 5 milyona satın aldı - "Bezmişdim"
Xalq artisti Emin Ağalarov rusiyalı jurnalist Kseniya Sobçaka verdiyi müsahibədə Bakıda yeni torpaq sahəsi aldığını etiraf edib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Emin Ağalarov həmin torpaq sahəsini almağa məcbur qaldığını deyib.
Ağalarovun sözlərinə görə, aldığı torpaq sahəsi qonşuluğundakı ərazidir, alış-verişdəki əsas məqsəd isə səs-küydən can qurtarmaq olub.
“Qonşum orada yarımçıq evdə təxminən 20 it saxlayırdı. İtlər dayanmadan hürürdü. Bizdə isə qonaqlar gəlir, tədbirlər keçirilir, restoranlar işləyir. Bu səs-küy məni çox narahat edirdi".
O bildirib ki, “Sea Breeze”dəki 30 sot torpaq üçün qonşusuna 3 milyon dollar (təxminən 5.1 milyon manat) ödəyib.
Oğuz