Epşteynin evindən üzərində Trampın şəkli olan prezervativlər tapıldı - FOTOLAR

ABŞ Hesabatlılıq Komitəsi Ceffri Epşteyn dosyesindən yeni fotolar yayımlayıb.

Dec 13, 2025 - 22:00
Epşteynin evindən üzərində Trampın şəkli olan prezervativlər tapıldı - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, sözügedən fotolar ABŞ-də gündəm olub.

Çünki bu fotolar Trampın Epşteynlə yaxın əlaqələrinin olduğunu, “Epşteyn adası” adlandırılan əxlaqsızlıq yuvasına çevrilmiş malikanəsində gənc qızlarla səmimi münasibətdə olduğunu sübüt edir.

Diqqətçəkən detallardan biri də Epşteynin malikanəsində üstündə Trampın təsviri və “Mən nəhəngəm” yazısı olan prezervativlərin olmasıdır.

Bundan başqa malikanədə “Halloween” bayramına uyğun olaraq Trampa oxşadılmış balqabaq (TRUMPKİN) və lövhə üzərində Trampın seçki şüarı “Amerikanı Yenidən Ən Böyük Et”in  (Make America Great Again /MAGA) şəkildəyişmiş forması “Halloween”i Yenidən Ən Böyük Et” (Make Halloween Great Again) yazısı olub.

Qeyd edək ki, Donald Tramp Ceffri Epşteynlə əlaqəsini hər zaman inkar edib. Hətta ötən ay Səudiyyə Ərəbistanı şahzadəsi Salmanla görüşdən sonra keçirdiyi mətbuat konfransında jurnalistin verdiyi “Konqresin Epşteyn fayllarının dərcini təsdiqləməsini gözlədiyinizi deyirsiniz, bəs bunu niyə indi etmirsiniz?” sualına Tramp çox sərt cavab verib: 

“Sən çox pis jurnalistsən. Gördüyün işlər də bərbaddır. Sən, həqiqətən, üz qarasısan! Mənim Ceffri Epşteynlə heç bir əlaqəm olmayıb. İllər əvvəl də onun klubundan ayrılmışam. Çünki onun xəstə bir manyak olduğuna qərar vermişdim. Onun evinə hər gecə, hər həftə sonu Bill Klinton və Reni Sammers gedib. Mən onun evinə, adasına getməmişəm. Bu, Demokratların uydurmasıdır. Siz niyə onların adını çəkmirsiniz? Epşteyn Demokratlara çox pul verib, onlara çox pul yedirib, mənə heç nə verməyib. Sizin şirkət, ABC News çox pis şirkətdir. Bunları da siz özünüzdən çıxarırsınız. Hətta sizə deyirəm, sizin yayım lisenziyanız ləğv edilməlidir”.

Xatırladaq ki, aylar öncə D. Trampla problem yaşayan İlon Mask da ABŞ prezidentinin adının “Epşteyn faylları”nda keçdiyini və buna görə də onun sözügedən dosyenin ictimaiyyətə açıqlanmasına icazə verməyəcəyini bildirib. “Epşteyn faylları”nda Trampla yanaşı bir çox məşhur siyasətçinin, elm adamının, milyarderlərin və aktyorların adları keçir. 

Banu
Epşteyn faylları ilə bağlı geniş araşdırmanın linki: