Ərimin mənə bacımla xəyanət etdiyini necə öyrəndim? - Məşhur türk müğənnisi danışdı
Türkiyənin ustad sənətçisi, ifaçı Neşe Karaböcek uzun illər sonra həyatı yoldaşı və bacısının xəyanətindən danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, müğənni “İşte benim masalım” adlı avtobioqrafik əsərinin təqdimat mərasimin keçirib.
Mərasimdə jurnalistlərin suallarını da cavablandırıb. Suallardan biri bacısı, müğənni Gülden Karaböcekle bağlı olub. Neşe Karaböcek bacısını bağışlamadığını və həmin vaxtdan heç bir ünsiyyətlərinin olmadığını bildirib.
“Kitabınızda bacınızdan və məlum xəyanətdən də bəhs etmisinizmi?” sualına isə sənətçi belə cavab verib:
“Bəli, o mövzuya da toxunmuşam, çox kiçik bir hissədir, təfərrüatlara varmamışam.Çünki onun da uşaqları var, mənim də. Nəvələrimiz var. Ona görə də üslubumu pozmadan yazmışam”.
Neşe Karaböcek o dövrdə böyük qalmaqala səbəb olan xəyanətdən kitabında belə bəhs edib:
“Həyat yoldaşım Atilla mənə xəyanət edirdi? Kiminlə? Doğma bacım Güldenlə. Bunu təsadüfən öyrəndim və dünyam başıma yıxıldı. Evli olduğumuz müddətdə, evimizdə, üzümə baxa-baxa riyakarca mənə xəyanət ediblər. Biri xoşbəxt ər, digəri isə məsum bacı rolunda... Bilən kimi boşanmaq üçün məhkəməyə müraciət etdim. Alperimin vəlayətini istədim. Həyat yoldaşım ondan boşanmamağım üçün xətri əziz olan dostlarımızdan kömək istədi. Qərarımın qəti olduğunu bildirdim. Qapımı döydü, açmadım, ağlayaraq yalvardı, bağışlanma dilədi. Bağışlamadım. Bu önəmli detala diqqət edin: Qapını açsaydım, bağışlasaydım nə edəcəkdi? Bacım Güldeni tərk edib ortada qoyacaqdı. Gülden qalmaqal obyekti bir qurban olaraq ortada qalacaqdı...”
Qeyd edək ki, Neşe Karaböcek 1964-cü ildə prodüser Atilla Alpsakarya ilə ailə qurub. Cütlüyün bu evlilikdən Alper adlı oğlu dünyaya gəlib. Karaböceyin bacısı Gülden Karaböcek isə onlarla yaşayıb. Neşe Karaböcek bacısının müğənni olmasını istəməyib.
Atilla Alpsakarya ilə Gülden Karaböceyin eşq yaşadığını öyrənən Neşe Karaböcek həyat yoldaşından boşanıb. Daha sonra Atilla Alpsakarya Gülden Karaböceklə ailə qurub. Gülden Karaböcek Atilla Alpsakarya sayəsində bir çox uğurlu işlərə imza atıb. “Artık sevmeyeceyim” (bu mahnını ondan öncə bacısı Neşe Karaböcek oxuyub), “Hatıran yeter”, “Sen evlisin”, “Dilek taşı” kimi sevilən mahnılar ifa edib.
Banu