"Fənərbağça" futbolçularının telefonlarına təhqir mesajları gəlir - SƏBƏB

"Karagümrük"ə 0:2 hesablı gözlənilməz məğlubiyyətdən sonra "Fənərbaxça" klubunda gərginlik pik həddə çatıb.

Mar 14, 2026 - 22:15
"Fənərbağça" futbolçularının telefonlarına təhqir mesajları gəlir - SƏBƏB

SAVASHMEDİA.az xəbər verir ki, "TRT Spor"un yaydığı məlumata görə, çempionluq yarışında ağır zərbə alan "sarı-lacivərdlilər"in futbolçuları və onların ailə üzvləri matçdan dərhal sonra sistemli şəkildə kütləvi təhqir və təhdidlərlə üzləşiblər.

Bildirilir ki, oyunçuların və ailə üzvlərinin şəxsi telefonlarına ciddi məzmunlu hədə-qorxu mesajları göndərilib. Bununla bağlı klubun hüquq şöbəsi və futbolçuların vəkilləri bütün mesajları sənədləşdirməyə başlayıblar.

Qeyd edək ki, autsayder "Karagümrük"ə məğlubiyyət "Fənərbaxça"nın turnir cədvəlindəki mövqeyinə ciddi təsir edib və azarkeşlərin sərt etirazına səbəb olub.

Aytən