Araqçidən Müctəba Xameni ilə bağlı son dəqiqə AÇIQLAMASI
İranın xarici işlər naziri Abbas Araqçi Hörmüz boğazı ilə bağlı diqqət çəkən açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, Araqçi bildirib ki, Hörmüz boğazı yalnız ABŞ və İsrail üçün bağlanıb və bu qərar regionda yaranmış hərbi vəziyyət fonunda qəbul edilib.
Nazirin sözlərinə görə, Tehran bu addımı təhlükəsizlik səbəbləri ilə atıb və İranın maraqlarına qarşı yönələn fəaliyyətlərə cavab olaraq belə qərar verilib. Araqçi vurğulayıb ki, İran regiondakı gərginlik şəraitində strateji keçidlər üzərində nəzarəti qorumağa davam edəcək.
İran XİN rəhbəri eyni zamanda ölkədə yeni ali liderlə bağlı səslənən iddialara da münasibət bildirib. Onun sözlərinə görə, yeni ali lider artıq öz mesajını çatdırıb və Konstitusiyaya uyğun şəkildə vəzifələrini icra edir.
“Tezliklə hamı görəcək ki, yeni ali liderlə bağlı heç bir problem yoxdur. Dünən o, öz mesajını göndərdi və səlahiyyətlərini icra etməyə davam edəcək”, - Araqçi bildirib.
Aytən