Köçəryan saxlanıldı, özünün və oğlunun evində axtarış - Səhər ƏMƏLİYYATI
Ermənistanın ikinci prezidenti Robert Köçəryan saxlanılıb.
SAVASHMEDIA.az xəbər verir ki, Robert Köçəryan avqustun 25-də səhər saatlarında Ermənistanın Antikorrupsiya Komitəsinə aparılıb.
Məlumatı onun ofisinin rəhbəri Baqrat Mikoyan da təsdiqləyib.
Köçəryanın oğlu Levon Köçəryanın evində və bir sıra digər ünvanlarda axtarışların aparıldığı bildirilir. Komitə daha bir neçə ünvanda korrupsiya cinayətləri ilə bağlı istintaq tədbirlərinin keçirildiyini açıqlayıb.
Erməni mediasının məlumatına görə, Köçəryan ailəsinə məxsus bəzi obyektlərdə də istintaq tədbirləri həyata keçirilir. Hazırda araşdırmanın konkret detalları açıqlanmayıb.
Aytən