Futbolçular Qurban Qurbanova yeni planşet aldılar - Təpiklə sındırmışdı + VİDEO

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov yeni planşet hədiyyə edilib.

Apr 6, 2025 - 20:49
Futbolçular Qurban Qurbanova yeni planşet aldılar - Təpiklə sındırmışdı + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycan Kuboku çərçivəsində “Araz-Naxçıvan”la keçirilən oyunda “iPad”i sındıran təcrübəli mütəxəssisə komandadakı futbolçular tərəfindən yeni planşet hədiyyə olunub.

Qeyd edək ki, sözügedən qarşılaşmada “Qarabağ” minimal hesabla məğlubiyyətə uğrayıb – 0:1. Matçın hakimi tərəfindən təyin olunan penalti qərarına sərt reaksiya verən Qurban Qurbanov özündən çıxıb və əlindəki planşeti təpiklə vuraraq qırıb.