Gəncədə döyülərək öldürülən gəncin atası danışdı + VİDEO

Dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

May 13, 2025 - 22:32
Gəncədə döyülərək öldürülən gəncin atası danışdı + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, hadisə ilə bağlı Elgünün atası Baku TV-yə danışıb.

Mərhumun atasının sözlərinə görə, oğlu döyülərək tanınmaz hala salınıb.

“Axşam bacım zəng edib ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağım tanınmaz halda idi. Universitetə hazırlaşırdı, bizim ümidimiz idi. Davakar uşaq deyildi, oxumağa meyilli, çox savadlı idi”, – deyə o bildirib.